Ermənistan Milli Təhlükəsilik Xidmətinin rəhbəri Armen Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Əli Nağıyev və Araik Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır.
"Armen Abazyanın bu yaxınlarda Moskvaya səfəri zamanı razılaşdırdığı gizli görüş yaxın günlərdə, Suqovuşan yaxınlığında təmas xəttində baş tutacaq. Abazyan, Arutyunyan və Nağıyev infrastruktur məsələlərini, əslində isə "artsax”ın qalıqlarını Azərbaycana inteqrasiya etmək üçün addımları müzakirə etməyi planlaşdırırlar”, - Minasyan bildirib.