"Yeni tikiləcək Naxçıvan dəhlizi Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq".
Median.Az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan İş Forumunda çıxış edərkən deyib.
Baş nazir qeyd edib ki, yeni tikiləcək Naxçıvan dəhlizi eyni zamanda, ölkələr arasında turizm əlaqələrinin inkişafına da ciddi təkan verəcək.