Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri ləğv edilib.
XİN başçısı səfəri zamanı fevralın 19-da Bakıda keçirilməli olan Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşündə iştirak etməyi planlaşdırırdı.
Lakin iclas Gürcüstan hökumətinin istefası səbəbindən təxirə salınıb.
///Report