Serbiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Serbiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının bundan sonra da inkişafı istiqamətində fəaliyyətinizdə uğurlar diləyirəm.

Müxtəlif məsələlər üzrə fikir və ideyalarımızı açıq mübadilə imkanı kimi qiymətləndirdiyim əvvəlki görüşlərimizi məmnunluq hissi ilə xatırlayıram. Ümid edirəm ki, qarşıdakı illərdə də ölkələrimiz arasındakı əhəmiyyətli münasibətləri inkişaf etdirməyə səy göstərəcəyik.

Serbiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad ruhunda inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirir, Kosovo və Metoxiya məsələsində Azərbaycanın prinsipial mövqeyinə, həmçinin beynəlxalq təşkilatlarda Serbiyaya göstərilən dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək Serbiyanın BMT-yə üzv ölkələrin ərazi bütövlüyü və suverenliyinə prinsipial sadiqliyini vurğulayıram.

Hər zaman səmimi dostların əhatəsində olmağınızı, fədakar əməyinizin nəticələrinin gələcək nəsillər tərəfindən minnətdarlıqla qarşılanmasını arzu edir, bir daha Sizə dərin ehtiramımı bildirirəm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            687 25.12.20 19:08