Avropada yaşayan azərbaycanlı gənclər parlamentə müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Avropada yaşayan azərbaycanlı gənclər parlamentə müraciət edib

Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyası (AYAPE) tərəfindən Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyəti, Xarici Əlaqələr Komitəsi və Avronest Parlament Assambleyasının deputatlarının da daxil olduğu 250-dən çox deputata məktub ünvanlayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məktubda Avropa Parlamentində üç deputatdan ibarət Dağlıq Qarabağla dostluq parlament qrupunun yaradılması təşəbbüsünə etiraz edilib. Məsələnin bölgədə uzunmüddətli sülhün təmin olunması baxımından məyusedici hal olduğu qeyd edilməklə yanaşı, sözügedən təşəbbüsün beynəlxalq hüquq, eləcə də BMT və Avropa İttifaqının (Aİ) Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair sərgilədikləri mövqe ilə birbaşa ziddiyyət təşkil etdiyi diqqətə çatdırılır.

Bu təşəbbüsün Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında barışıq və dinc yanaşı yaşama perspektivlərinə, habelə Aİ-nin qonşuluğunda yerləşən bu vacib bölgənin iqtisadi inkişafına maneə olduğu göstərilib.

Məktubda Avropa Parlamenti və Avropa Xalq Partiyasının bölgədə düşmənçilik və qisasçılığa qarşı çıxaraq sülh və barışığa dəstək verəcəyinə ümid ifadə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            711 24.12.20 14:37