Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin yüksək peşəkarlığınız və nadir təcrübəniz, müasir beynəlxalq münasibətlərin inkişaf xüsusiyyətlərinə dərindən bələd olmağınız sayəsində bu gün Azərbaycan öz daxili potensialını inamla artırmaqda, beynəlxalq arenada mövqelərini ardıcıl olaraq möhkəmlətməkdə davam edir.

Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Bakının verdiyi diqqətə və əhəmiyyətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasının 20 illiyinin bayram edilməsi ərəfəsində Azərbaycan Respublikası tərəfindən dialoq üzrə tərəfdaş kimi göstərilən, Şanxay Əməkdaşlıq Təşkilatının regionda və beynəlxalq məkanda nüfuzunun artırılmasına yönəlmiş səylərə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Azərbaycanın iştirakı Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinin əsas istiqamətləri üzrə konstruktiv, qarşılıqlı faydalı dialoqun formalaşması və inkişafı üçün geniş imkanlar yaradır. Ümidvaram ki, Siz bizim təşkilatımıza dəstəyinizi bundan sonra da davam etdirəcəksiniz.

İcazə verin, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni böyük nailiyyətlər arzu edim”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            594 23.12.20 20:20