Azərbaycan güc tətbiq etməsəydi, Ermənistan əsir və girovları qaytarmayacaqdı - Bahar Muradova » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:52 Azərbaycanda matəm elan olundu  |     16:21 AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı - FOTO  |     16:15 Azərbaycan rəsmiləri Qazaxıstanda təyyarə qəzasının baş verdiyi əraziyə gediblər  |     16:12 Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər  |     15:58 Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər (YENİLƏNİR)  |     15:56 Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?  |     15:54 Aleksandr Lukaşenko təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verdi  |     15:46 Maştağada evlərdən 24 minlik oğurluq edənlər tutuldular  |     15:38 AZAL təyyarə qəzası ilə bağlı brifinq keçirib - VİDEO  |     15:33 Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır  |     15:11 Kriştianu Ronaldunun komandası "Fənərbağça"nın futbolçusu üçün 35 milyon avro təklif edib  |     14:49 Ərdoğan Azərbaycana başsağlığı verdi  |     14:44 Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib  |     14:33 Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR  |     14:21 Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu  |     14:17 Qar uçqunu daha bir idmançının ölümünə səbəb olub  |     14:14 Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar - VİDEO  |     13:54 Sumqayıtda məktəbə gedən 13 yaşlı qız itkin düşdü  |     13:47 Qışda kondisionerlərdən istifadənin zərərləri açıqlanıb  |     13:34 Günəşdə güclü partlayışlar baş verib  |    

Azərbaycan güc tətbiq etməsəydi, Ermənistan əsir və girovları qaytarmayacaqdı - Bahar Muradova

Ermənistan tərəfindən əsir və girov götürülmüş vətəndaşlarımızın Azərbaycana qaytarılması onların ailə üzvləri ilə yanaşı, bütün Azərbaycan əhalisi üçün böyük sevincdir.

Bunu Trend-ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, Ermənistan tərəfi uzun müddət həmin şəxslərin qaytarılmasına razılıq vermirdi:

"Mən əvvəlcə bu məsələnin tarixinə getmək istəyirəm. Azərbaycan tərəfi bu məsələnin sülh yoluyla həlli prosesinə sadiq olaraq danışıqlarda iştirak edirdi və hər dəfə də etimad doğuran tədbirlərdən biri kimi bir - birinə inamını möhkəmləndirən addım kimi hamının - hamıya prinsipi ilə hər iki tərəfdə olan əsirlikdə, yaxud girovluqda olan insanların dəyişdirilməsi ilə bağlı müntəzəm təkliflər verirdi. Amma Ermənistan tərəfi buna qətiyyən razı deyildi, xüsusilə bu iki səxs - Şahbazla Dilqəmin məsələsi meydana çıxandan sonra bu məsələ bizim daim siyasi və ictimai gündəmimizdə olub".

B.Muradova deyib ki, bütün beynəlxalq tədbirlərdə cənab Prezident başda olmaqla digər nümayəndələrimiz bu məsələni hər dəfə gündəmə gətirib: "Münaqişə yerində onun humanitar tərəfi olan bu məsələni gündəlikdə saxlamağa və ciddi bir nəticə verən addım atmağa çagırışlar edilirdi. Beynəlxalq təşkilatlar, o cümlədən vasitəçilər də ən azı bu insanların işgəncələrini azaltmağa, onların ləyaqətli həyatlarını təmin etmək üçün hamının - hamıya prinsipi ilə dəyişdirilməsi təklifini ortaya qoyurdu. Amma bu günə qədər münaqişənin həllində irəliləyiş olmadığı kimi, bu məsələdə də hansısa bir hərəkətlənmə olmadı.

Komitə sədri bildirib ki, üçtərəfli formatda əldə olunan sənədin bütün bəndlərində yerinə yetirilən məsələlərin hamısında hərbi gücdən istifadə və digər istiqamətlərdəki möhkəm mövqeyinə bağlıdır: "Odur ki, ərazilərimizin işgaldan azad olunması, getdikcə sərhədlərimizin dəqiqləşdirilməsi və sənəddə nəzərdə tutulan, amma müəyyən vaxt tələb edən məsələlərin ardıcıl yerinə yetirilməsi Azərbaycan tərəfinin iradəsinə, qətiyyətinə, mövqeyinə və uğurlu fəaliyyətinə bağlıdır. Ona gorə də Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və onlarla bir yerdə azad olunaraq Azərbaycana gətirilən bu insanların özlərinin sevinci bir başqa məsələdir. Amma onların bu əziyyətlərinin bitməsi üçün çalışan, daim mövqeyini ifadə edən və bunu istəyən soydaşlarımızın sevinci bir başqadır. Bu, həm o insanları ailəsinə, cəmiyyətə qaytarmaq, Azərbaycan vətəndaşlarında özgüvəni artırmaq, öz dövlətinə, prezidentinə inamını artırmaq, bir də vətəndaşı olduğu dövlətin qüdrətli bir dövlət olduğunu hər vətəndaşının sağlamlığını, həyatını və təhlükəsizliyini təmin etməyə qadir olan bir ölkə olduğunu yenidən dərk etməyə imkan verir.

Əlbəttə ki, Ali Baş Komandana, Prezident ilham Əliyevə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Nə qədər Azərbaycanda Heydər Əliyev siyasəti var və bu siyasəti həyata keçirən İlham Əliyev kimi qətiyyətli lider davam etdirir, Azərbaycan bütün problemlərini həll edəcək. Əminəm ki, bir neçə ildən sonra Azərbaycan ən qüdrətli dövlətlərdən biri olacaq. Bunun üçün də öz birliyimizə, həmin o dəmir yumruğa borcluyuq. Bundan sonra da əldə etdiklərimizi qorumaq, inkişaf etdirmək üçün hamı bu dəmir yumruqda özünü hiss etməlidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            513 15.12.20 22:03