Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti xəbər yayıb.
O bildirib ki, Belarusda bu xəbər dərin ağrı və kədər hissi ilə qarşılanıb.
"Belaruslar qardaş Azərbaycan xalqının başına gələn bu faciənin ağır yükünü və əvəzolunmaz itkilərin kədərini bölüşür", - deyə başsağlığında bildirilir.
Aleksandr Lukaşenko həmçinin həlak olanların bütün qohumlarına və yaxınlarına səmimi dəstək və başsağlığı sözlərini çatdırıb, yaralananların tezliklə sağalmasını arzulayıb.