İsveçrəli snoubordçu Sofi Hediger qar uçqununda həlak olub.
Məlumatı İsveçrə Xizək Federasiyasının mətbuat xidməti yayıb.
Faciəli hadisə dekabrın 23-də İsveçrənin Aroza şəhərində qeydə alınıb.
Xatırladaq ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubordun kross növündə qızıl medal qazanıb.
Qeyd edək ki, daha öncə Türkiyənin Ərzurum şəhərində də qar uçqunu 16 yaşlı cüdoçunun ölümünə səbəb olmuşdu.