Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif, Türk Dövlətləri Təşkilatı, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, bir sıra dövlətlərin və hökumətlərin rəsmiləri, xarici ölkələrin Xarici İşlər nazirlikləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.
* * * * * *
Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı veriblər.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Pakistanın Baş naziri Şahbaz Şərif, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, bir sıra dövlətlərin və hökumətlərin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri sosial şəbəkə hesablarında etdikləri paylaşımlarda təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.