Bakıda evlərdən silsilə oğurluqlar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müxtəlif vaxtlarda Maştağa qəsəbəsi, "Savalan" yaşayış sahəsində 6 evdən ümumilikdə 22 000 manat dəyərində məişət əşyaları, 1 800 manat dəyərində təmir alətləri və avtomobil ehtiyat hissələri oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı A.Rəhimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.