Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Sumqayıtda iynədən şoka düşən kişi ölüb  |     22:53 Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi (VİDEO)  |     22:42 "Rosaviasiya" AZAL təyyarəsinin qəza səbəbini açıqladı  |     22:30 Klarens Zeedorfun oğlu "Milan"ın əsas komandası ilə birlikdə məşqlərə başlayıb  |     22:22 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb  |     22:16 Marketdən 8 ədəd yağ oğurladı, bir ay həbs aldı  |     21:32 Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb  |     21:21 Təyyarə qəzasında həlak olan tələbə evin tək UŞAĞI İMİŞ (VİDEO)  |     21:01 Təyyarənin qara qutusu tapıldı  |     20:45 Tiktoker qardaşlar da həbs olundu  |     20:30 Təyyarə son yoxlamadan nə vaxt keçmişdi? - RƏSMİ AÇIQLAMA  |     20:06 Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub  |     19:55 Təyyarə qəzasında ölənlərin sayı açıqlandı  |     19:36 Azər Zahid HƏBS EDİLDİ  |     19:15 Qəzaya uğrayan Azərbaycan təyyarəsində iki çeçenistanlı uşaq olub  |     19:10 Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş  |     18:47 Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçinin məhkəməsi: "Burnu qanayırdı"  |     18:39 Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi  |     18:04 Azərbaycanda sabiq deputat vəfat etdi  |     17:23 İmişlidə istixana yanır  |    

Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Rəşad İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 10 sentyabr 2023-ci il tarixdə, saat 21 radələrində paytaxtın Səbail rayonu, Salyan şosesi, dalan 3 ünvanında qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Rəşad İsmayılov qonşusu, zərərçəkmiş Fərid Mehman oğlu Abıyevi onun anası ilə birgə yaşadığı evin həyətinə bir neçə dəfə səbəbsiz baxmasına aydınlıq gətirmək qərarına gəlib. O, Fəridi həyətə çağırıb, bununla bağlı irad bildirib. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman Rəşad cib bıçağı ilə zərərçəkmiş şəxsə zərbələr vuraraq, ona xəsarət yetirib.

Bundan başqa, təqsirləndirilən şəxs 27 dekabr 2023-ci il tarixdə, saat 23:30 radələrində həmin ərazidə Fəridin dayısı, zərərçəkmiş Rahim Salamovla rastlaşarkən, yuxarıda qeyd edilən zəmində ailələr arasında yaranmış ədavətlə bağlı onunla mübahisə edib. Daha sonra Rəşad yerdən götürdüyü daş parçası ilə Rahimin baş nahiyələrinə zərbələr vuraraq, ona qəsdən sağlamlığa yüngül zərər yetirib.

Hadisədən sonra Rəşad İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            120 25.12.24 14:33