Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümünə həsr olunan anım mərasimi keçirilir.
Median.Az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatı əməkdaşları, iş adamları və digər şəxslər Tbilisidə Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.
Mərasim iştirakçıları daha sonra Tbilisidə Ulu öndərin adını daşıyan sahilboyunda yerləşən memorialı və Rustavi şəhərində Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini də ziyarət edərək xatirəsini anacaqlar.
Anım mərasimi çərçivəsində səfirliyin təşkilatçılığı və Gürcüstandakı Azərbaycan icmasının üzvlərinin iştirakı ilə ulu öndərə həsr olunan videokonfrans keçiriləcək.