Ərdoğandan Putinlə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Ərdoğandan Putinlə bağlı AÇIQLAMA

“Biz bu gün qardaşımla ətraflı müzakirə apardıq. Nə üçün Qarabağ münaqişəsinin həlli bu günə qədər uzadıldı? 30 il nə üçün Qarabağda bu çilə çəkdirildi? Minsk üçlüsünün işi nə idi? Bunlar - ABŞ, Rusiya, Fransa dünyanın ən güclü ölkələri idi. Nədən bu iş bu qədər uzadıldı, nədən nəticələndirilmədi? Nəticə əldə edə bilməzdilərmi? Edə bilərdilər. Bəs nə üçün uzatdılar?”

Median.Az-ın məlumatına görə, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, müharibə başlayandan daha sonra müsbət mesajlar gəlməyə başlayıb: “Bunların başında da Fransa… Davamlı şəkildə qardaşımı arayır, nəticələr əldə etməyə çalışırdılar. Zaman-zaman bizimlə də əlaqə saxlama istəyirdilər, doğrusu, biz cavab vermədik. Çünki bilirdik ki, dərd başqadır. Bunu da xüsusən qardaşlarımız artıq “göbəyimizi kəsəcəyik” dedilər və addımı atdılar, artıq iş həyata keçirməyə başladı. İş həyata keçməyə başlayandan sonra da biz burada hörməli Vladimir Putinlə danışıqlar apardıq. Eyni şəkildə işin diplomatik qismini xarici işlər nazirimiz Mövlud Çavuşoğlu həyata keçirdi. Xüsusən bu nöqtədə kəşfiyyat, müdafiə hissəsi həyata keçirildi. Bütün bu işlərlə birlikdə də hava çox fərqli formalaşmağa başladı. Mən burada Putinin məsələyə yanaşmasını da bir kənara qoya bilmərəm. Onun müsbət yanaşması da prosesin müsbət istiqamətdə davam etməsinə yardımçı oldu. İş də indiki nöqtəyə qədər gəlmiş oldu”.// pravda.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            765 10.12.20 21:36