Türkiyə Prezidenti: “Qardaşlarımız bir addım atdılar və ondan sonra iş getməyə başladı” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:52 Azərbaycanda matəm elan olundu  |     16:21 AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı - FOTO  |     16:15 Azərbaycan rəsmiləri Qazaxıstanda təyyarə qəzasının baş verdiyi əraziyə gediblər  |     16:12 Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər  |     15:58 Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər (YENİLƏNİR)  |     15:56 Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?  |     15:54 Aleksandr Lukaşenko təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verdi  |     15:46 Maştağada evlərdən 24 minlik oğurluq edənlər tutuldular  |     15:38 AZAL təyyarə qəzası ilə bağlı brifinq keçirib - VİDEO  |     15:33 Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır  |     15:11 Kriştianu Ronaldunun komandası "Fənərbağça"nın futbolçusu üçün 35 milyon avro təklif edib  |     14:49 Ərdoğan Azərbaycana başsağlığı verdi  |     14:44 Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib  |     14:33 Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR  |     14:21 Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu  |     14:17 Qar uçqunu daha bir idmançının ölümünə səbəb olub  |     14:14 Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar - VİDEO  |     13:54 Sumqayıtda məktəbə gedən 13 yaşlı qız itkin düşdü  |     13:47 Qışda kondisionerlərdən istifadənin zərərləri açıqlanıb  |     13:34 Günəşdə güclü partlayışlar baş verib  |    

Türkiyə Prezidenti: “Qardaşlarımız bir addım atdılar və ondan sonra iş getməyə başladı”

“Bu zəfərin, başda bu işin liderliyini edən qardaşıma, onun şəxsində Azərbaycan türkü qardaşlarıma mübarək olmasını diləyirəm”.

Median.Az xəbər verir ki, bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Həqiqətən 44 günlük bir savaşdan sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımızı necə sevindiribsə, Türkiyədəki qardaşlarını da elə sevindirib. İstər hökumətimiz, istərsə də bu məqamda parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Buna mətbuatın da böyük bir qismi qatıldı.

Rəbbim bundan sonrakı prosesi, inşallah, uğurlarla dolu olaraq davam etdirməyi də nəsib etsin. 30 il nəyə görə Qarabağda bu əzablar çəkdirildi? Bu Minsk Qrupu deyilən üçlüyün vəzifəsi nə idi? Niyə bu qədər yubandılar? Bunu nəticəyə qovuşdurardılar. Daha sonra daha müsbət mesajlar gəlməyə başladı. Əlbəttə bunların önündə də Fransa vardı. Davamlı şəkildə qardaşıma zəng edirdilər. Ondan nəticələr əldə etməyə çalışırdı. Zaman-zaman bizlə də əlaqə yaratmaq istəsələr də, biz buna dönmədik. Çünki bilirdik ki, dərdləri başqadır. Xüsusən qardaşlarımız öz göbəyimizi özümüz kəsəcəyik dedilər, addım atdılar. Addım atıldıqdan sonra iş getməyə başladı. Ondan sonra biz cənab V.Putinlə görüşlər keçirdik. Xüsusən kəşfiyyat, müdafiə müstəvisi üzərində danışıqlar aparıldı. Mən burada cənab V.Putinin yanaşmasını bir kənara qoya bilmərəm. Onun müsbət yanaşmaları bu prosesdə effektli oldu.

Bu arada yenə qardaşımın ifadə etdiyi kimi platforma məsələsinə mən də əhəmiyyət verirəm. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan, əgər qəbul edərsə, Ermənistan bu platformanın daxilində yer ala bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 038 10.12.20 20:52