Zaxarovadan Dağlıq Qarabağ barədə AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:23 İmişlidə istixana yanır  |     16:52 Azərbaycanda matəm elan olundu  |     16:21 AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı - FOTO  |     16:15 Azərbaycan rəsmiləri Qazaxıstanda təyyarə qəzasının baş verdiyi əraziyə gediblər  |     16:12 Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər  |     15:58 Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər (YENİLƏNİR)  |     15:56 Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?  |     15:54 Aleksandr Lukaşenko təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verdi  |     15:46 Maştağada evlərdən 24 minlik oğurluq edənlər tutuldular  |     15:38 AZAL təyyarə qəzası ilə bağlı brifinq keçirib - VİDEO  |     15:33 Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır  |     15:11 Kriştianu Ronaldunun komandası "Fənərbağça"nın futbolçusu üçün 35 milyon avro təklif edib  |     14:49 Ərdoğan Azərbaycana başsağlığı verdi  |     14:44 Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib  |     14:33 Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR  |     14:21 Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu  |     14:17 Qar uçqunu daha bir idmançının ölümünə səbəb olub  |     14:14 Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar - VİDEO  |     13:54 Sumqayıtda məktəbə gedən 13 yaşlı qız itkin düşdü  |     13:47 Qışda kondisionerlərdən istifadənin zərərləri açıqlanıb  |    

Zaxarovadan Dağlıq Qarabağ barədə AÇIQLAMA

“Son günlər Qarabağdakı Rusiya sülhməramlıları qaçqınların geri qayıtması, ərazinin minalardan təmizlənməsi və itkin düşmüş əsgərlərin və ölənlərin meyitlərinin axtarışı üçün şərait yaratmağa davam edirlər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bununla yanaşı, onlarla federal nazirlik, idarə və agentliyin iştirak etdiyi Humanitar Mərkəz yerləşdirilib, Azərbaycan və Ermənistanın müvafiq idarələrinin bu işə qoşulması hazırlanıb, humanitar yüklərin ilk partiyaları göndərilib.

“Rusiyanın Xarici İşlər Nazirliyinin xətti ilə ATƏT, Minsk Qrupunun digər həmsədr ölkələri, habelə BMT-nin ixtisaslaşmış təşkilatları daxilində beynəlxalq dəstəyi səfərbər etdik. Beynəlxalq Qırmızı Xaç Komitəsi artıq fəal işləyir, eyni zamanda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisi, Dünya Qida Proqramı, UNESCO, UNICEF, BMT İnkişaf proqramı, ÜST-lə işləyirik”, - o qeyd edib.

Zaxarova vurğulayıb ki, Rusiya Federasiyasının idarələrarası nümayəndə heyətinin İrəvana və Bakıya səfəri zamanı humanitar yardımın göstərilməsi, Dağlıq Qarabağ bölgəsində normal həyat üçün şəraitin yaradılması məsələləri vurğulanıb:

“Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla, eləcə də, maraqlı xarici tərəfdaşlar və strukturlarla birlikdə həyata keçirdiyi kompleks tədbirlərin Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcəyini gözləyirik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 368 27.11.20 14:35