Lavrovdan Qarabağ açıqlaması: “Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur” » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:23 İmişlidə istixana yanır  |     16:52 Azərbaycanda matəm elan olundu  |     16:21 AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı - FOTO  |     16:15 Azərbaycan rəsmiləri Qazaxıstanda təyyarə qəzasının baş verdiyi əraziyə gediblər  |     16:12 Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər  |     15:58 Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər (YENİLƏNİR)  |     15:56 Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?  |     15:54 Aleksandr Lukaşenko təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verdi  |     15:46 Maştağada evlərdən 24 minlik oğurluq edənlər tutuldular  |     15:38 AZAL təyyarə qəzası ilə bağlı brifinq keçirib - VİDEO  |     15:33 Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır  |     15:11 Kriştianu Ronaldunun komandası "Fənərbağça"nın futbolçusu üçün 35 milyon avro təklif edib  |     14:49 Ərdoğan Azərbaycana başsağlığı verdi  |     14:44 Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib  |     14:33 Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR  |     14:21 Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu  |     14:17 Qar uçqunu daha bir idmançının ölümünə səbəb olub  |     14:14 Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar - VİDEO  |     13:54 Sumqayıtda məktəbə gedən 13 yaşlı qız itkin düşdü  |     13:47 Qışda kondisionerlərdən istifadənin zərərləri açıqlanıb  |    

Lavrovdan Qarabağ açıqlaması: “Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur”

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağdakı böhranın həlli yolunun ABŞ və Fransanın qüruruna toxunmaq kimi göründüyü üçün təəssüfləndiyini bildirib.

Bu barədə Rusiya XİN rəhbəri RT telekanalına müsahibəsi zamanı qeyd edib.

“Son günlərdə mənim amerikalı və fransalı həmkarlarımla əlaqələrimdə, eynilə Dağlıq Qarabağ mövzusunda prezident Makronun prezident Putinlə əlaqələrində olduğu kimi açıq şəkildə qürurlarına toxunulduğu hiss olunur. Bu kədərlidir”, - deyə S.Lavrov bildirib.

S.Lavrov qeyd edib ki, artıq son günlərdə iki dəfə fransalı həmkarı Jan-İv Lö Drianla danışıb.

“İnsanların öldürülməməsi, evlərini tərk etməməsi, qaçqın və köçkünlərin sayının on minlərlə olmaması üçün narahatlığımızı izah etməyə çalışdım. Söhbətin dəqiqələrdən getdiyi bir vaxtda (hər dəqiqənin insan həyatı baxımından dəyəri var idi) Vaşinqtona, Parisə zəng etmək, bu və ya digər üsulu dəstəkləyəcəklərini öyrənmək... Bu cür iradları irəli sürmək sadə insan əxlaqı nöqteyi-nəzərindən düzgün və etik deyil”, - deyə S.Lavrov bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            708 19.11.20 19:29