Flora Kərimova Röya ilə münasibətlərindən danışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:27 Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA  |     12:26 Bakı şəhəri Nizami rayonunda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi - FOTO  |     12:25 Azərbaycan nefti ucuzlaşıb  |     12:23 “WhatsApp” daha bir yeniliklə gəlir - FOTO  |     12:22 Zeytun yağının yeni bir sağlamlıq faydası ortaya çıxıb  |     12:21 Dələduzluq edən paytaxt sakini həbs edilib - FOTO  |     12:20 “Apple” kompüterlərində təhlükəli virus aşkarlanıb  |     12:19 Maradonanın “Qızıl top”u hərraca çıxarılıb  |     12:18 2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI  |     12:17 Stresdən necə qurtulaq?  |     12:17 Biləcəridə yağan yağış evləri su altında qoydu - VİDEO  |     12:14 “TikTok” ABŞ hökumətini məhkəməyə verir  |     12:12 Küçədə satılan qidalara “çin duzu” qatılır?  |     12:07 Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO  |     12:01 Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT  |     11:53 Qobustanda avtomobil aşıb, xəsarət alan var  |     11:47 Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTO  |     11:42 UEFA Konfrans Liqası: İlk finalçı bəlli olacaq  |     11:39 Bakıda mənzildən meyit tapılıb  |     11:37 Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək  |    

Flora Kərimova Röya ilə münasibətlərindən danışdı - VİDEO

Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var.

Bu sözləri Xalq artisti Flora Kərimova Həmid Həmidovun “Youtube” kanalına verdiyi müsahibəsində deyib.

Əfsanəvi sənətkar aparıcının “Röya ilə aranızda qalmaqal varmı?” sualına belə cavab verib:

“Röya ilə nə konfliktim ola bilər ki? Bir qadın kimi ona, sadəcə, arzularım ola bilər ki, özünü belə aparmasın. Populyarlaşmaq üçün o, düz yol seçməyib. Bu yaxınlarda eşitdim ki, artıq heç kimlə qalmaqal etməyəcəyini deyib. Səbəb kimi oğul böyütdüyünü göstərib. Bəs illərdir ki, mən elə bunu demirdimmi?

Onun sonuncu hərəkəti məni çilədən çıxardı. Guya ki, mən kiminsə acığına onunla münasibətlərimi korlamışam. Bu, elə həyasızcasına deyilmiş yalan idi ki, susa bilməzdim. Röya deyirdi ki, guya onunla mübahisəni piar üçün etmişəm. Ay qızım, ay nəvəm, ay sənə qurban olum, mənə bu yaşda nə piar?”

Xatırladaq ki, bir neçə ay əvvəl Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı şou gündəmini zəbt etmişdi. Tərəflər biri-birinə qarşı ağır ittihamlar səsləndirmişdi. F.Kərimova Röya haqqında geniş tənqidi köşə yazmışdı.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 982 28.07.18 14:37