Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA

08.05.2024 12:27 1 818
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərdə bildirilib ki, mayın 8-də saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Qobustan, Şahbuzda 22 mm, Göygöldə 20 mm, Lerikdə 19 mm, Altıağacda 18 mm, Şəkidə 12 mm, Şabranda 11 mm, Lənkəran, Şamaxıda 10 mm, Quba, Xaltanda 9 mm, Qusar, Balakən, Gədəbəydə 8 mm, Qrız, Neftçala, Astara, İsmayıllıda 7 mm, Qax, Ordubad, Kürdəmir, Daşkəsən, Şərur, Göyçay, Şahdağ, Sabirabad, Sədərək, Yardımlı, Zaqatala, Culfa, Bərdə, İmişli, Ağstafa, Tərtər, Mingəçevir, Yevlax, Göytəpə, Naftalan, Gəncə, Ağdamda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 16 mm-dək olub.

Mayın 7-də saat 15:30-15:53 aralığında Kəlbəcər rayonunun cənub-qərb hissəsinə diametri 10-12 mm olan dolu düşüb.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 13, dağlıq rayonlarda 2-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə bir dərəcəyədək şaxta olub.

Son xəbərlər