Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu |
Mojo.az Avto
Mojo.az Avto

Bəzi yerlərə leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

06.05.2024 11:50 1 854
Bəzi yerlərə leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 6-da saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağ və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Zərdabda 32 mm, Kürdəmir, Şəkidə 17 mm, İsmayıllıda 16 mm, Zaqatala, Göygöldə 15 mm, Daşkəsəndə 14 mm, Altıağac, Qax, Gədəbəydə 13 mm, Göyçay, Ağdamda 11 mm, Tərtər, Mingəçevir, Gəncədə 9 mm, Oğuz, Balakəndə 8 mm, Tovuz, Yevlax, Qəbələ, Şamaxı, Ağsu, Sədərək, Şabran, Xaltan, Qobustan, Naftalan, Bərdə, Ordubad, Ağstafa, Ceyrançöl, Şahbuz, Lənkəran, Quba, Qrız, İmişli, Naxçıvan, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Mayın 5-də Kürdəmir rayonunun Pirili kəndinin ərazisinə 8-10 mm, Mollakənd kəndinin ərazisinə saat 21:20-də 6-8 mm, İmişli rayonunun Qızıl kəndinə saat 23:30-də 8-10 mm, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə isə diametri 6-8 mm olan dolu düşüb.

Gəncə, Şəmkir, Gədəbəy, Lerik, Göyçay, Göygöl, Altıağac, Qusar, Şamaxı, Balakən, Qaxda duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/san, Neftçalada 20 m/san, Lerikdə 15 m/san-dək güclənib. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 8, Aran rayonlarında 15, dağlıq rayonlarda 5-7 dərəcə, yüksək dağlıq ərazilərdə isə bir dərəcəyədək isti olub.

Son xəbərlər