Stresdən necə qurtulaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:50 Üç aya 66 ədəd şokolad oğurladı, kafedə bir manata satdı  |     15:23 Bakıda kanalizasiya quyularından oğurluq edilib  |     15:07 18 illik həyat yoldaşından ayrılan Alsu ilk dəfə görüntüləndi  |     14:48 Sabiq nazirin oğluna vəzifə verildi  |     14:40 Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı qızla bağlı ekspertiza rəyi açıqlandı  |     14:31 Un məhsulları ilə bağlı yeni qaydalar qüvvəyə minəcək - TARİX  |     14:29 Sabah 35 dərəcə isti olacaq - PROQNOZ  |     14:17 55 min mənimsəmədə ittiham olunan xanım mühasibə ağır cəza istəndi  |     14:06 Mərkəzi Bankdan yeni birqəpikliklərə çəkilən xərclə bağlı AÇIQLAMA  |     12:51 Nərd oynayan zaman ona irad bildirən qonşusunu vurdu - MƏHKƏMƏ  |     12:44 Paşinyan: "Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması mümkündür"  |     12:29 Azərbaycanda su və kanalizasiya şəbəkəsinə qoşulma üzrə tariflərlə bağlı YENİLİK  |     12:21 Bakıda gənc qız özünü 15-ci mərtəbədən atdı  |     12:19 Bakının mərkəzində insan skeleti tapıldı  |     12:18 Azərbaycanda general-mayor ehtiyata buraxıldı  |     12:16 Sumqayıtda 16 və 25 yaşlı qızlar itkin düşüblər  |     12:16 "Antalyaspor" klubunun yeni baş məşqçisi bəlli olub  |     12:04 İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı  |     11:57 Alimlərdən XƏBƏRDARLIQ: Bu il güclü qasırğalar ola bilər  |     11:56 ABŞ Rusiya məhsullarına tam embarqo qoya bilər  |    

Stresdən necə qurtulaq?

Baylor Tibb Kollecinin (ABŞ) psixiatrı Asim Şahın sözlərinə görə, tənha insanlar stresin təhlükəli təsirlərinə ən çox həssasdırlar. Fakt budur ki, bir insanın dəyişmiş davranışına başqalarının reaksiya verməməsi dolayısı ilə psixoloji vəziyyətin pisləşməsinə kömək edir.

Şah stresin tədricən yığıldığını bildirir. Bununla belə, əhəmiyyətli simptomların (saç tökülməsi və sağlamlığın açıq şəkildə pisləşməsi kimi) görünməsi üçün aylar çəkə bilər. Psixiatrın fikrincə, daim tək qalmaq insanı yaxınlarının dəstəyini almaq imkanından məhrum edir. Bundan əlavə, həmkarları, ailəsi və dostları insanın davranışında stresdən xəbər verən dəyişiklikləri ilk olaraq hiss edirlər.

Həkim qeyd edir ki, stressin ilkin əlamətləri emosional soyuqluq, həyata marağın itməsi, vaxtilə həzz gətirən işlərlə məşğul olmaq istəməmək, əsəbilik, qorxu, yemək vərdişlərində dəyişiklik ola bilər. Eyni zamanda əsəb gərginliyi yaşayan insan stres keçirdiyini dərhal anlamaya bilər. Nəticədə müalicə gecikir və psixi sağlamlıq pisləşir. Stres insanın fizioloji sağlamlığına da mənfi təsir göstərərək, yuxusuzluğa, ürək-damar xəstəliklərinə və immunitetin azalmasına səbəb ola bilər.

Orta dərəcəli stres altında emosional fonu düzəltmək üçün Dr. Şah fiziki fəaliyyət və istirahət məşqlərindən başlamağı tövsiyə edir.

Mənbə: Gazeta.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 08.05.24 12:17