Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı qızla bağlı ekspertiza rəyi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı qızla bağlı ekspertiza rəyi açıqlandı

Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı Fidan Əliyevanın psixoloji vəziyyəti ilə bağlı ekspertiza keçirilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ekspertiza keçirilməsini xanım müttəhimin vəkili istəyib.

Vəkil iddia edib ki, Fidanın psixi problemləri var, anlaqsızdır. Vəsatətə prokuror da etiraz etməyib. İttihamçı deyib ki, həkim rəyini bilmək onlar üçün də maraqlıdır.

Məhkəmə tərəflərin təklifi ilə razılaşıb, vəsatəti təmin edib.

Bir neçə gün əvvəl isə ekspertiza rəyinin nəticəsi məlum olub, rəsmi şəkildə məhkəməyə təqdim edilib.

Amma ekspertiza rəyi təqsirləndirilən şəxsin anlaqsız olmasını təsdiq etməyib. Rəydə qeyd olunub ki, Fidan Əliyevanın psixoloji vəziyyəti normaldır.

Artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Növbəti iclasların birində prokuror ittiham nitqi ilə çıxış edəcək.

F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Amma qanuna görə, Azərbaycanda qadınlar ömürlük məhkum edilə bilməzlər.

Qeyd edək ki, F.Əliyeva Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində aksiyada iştirak edən zaman Ermənistan xüsusi xidmət orqanının əməkdaşına Azərbaycan haqqında məlumatlar ötürməkdə ittiham olunur. Hadisə 2022-ci ildə baş verib. Onun həbsindən sonra düşmənə göndərdiyi səsyazıları və videoları yayılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            435 29.05.24 14:40