Röyadan Aygünə: Məni alçaltdın, qazancıma haram dedin – FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 Biləsuvarda bunu edənlər cəzalandırıldı  |     22:20 Ukraynada hərbi vəziyyət yenidən uzadıldı  |     22:12 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır  |     22:05 Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb  |     21:59 Rusiyalı məşhur reper axtarışa verildi - FOTO  |     21:40 Azərbaycana gələn turistlər nədən narazıdırlar? - VİDEO  |     21:31 Hacıqabulda avtomobil azyaşlını vurdu  |     21:23 Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu  |     21:11 Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı  |     20:58 Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb  |     20:50 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb  |     20:37 Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb  |     20:36 Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb  |     20:29 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb  |     20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |     19:54 Nizami rayonunda 38 yaşlı qadını avtomobil vurub  |     19:46 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı  |     19:38 Azərbaycanda bir ildə ailə-məişət davalarında öldürülən qadınların sayı AÇIQLANDI - FOTO  |    

Röyadan Aygünə: Məni alçaltdın, qazancıma haram dedin – FOTO/VİDEO

Əməkdar artist Röya Ayxan məhkəməlik olduğu Aygün Bəylər haqda paylaşım edib.

Sosial media hesabında Aygün Bəylər və qızının fotosunu paylaşan ifaçı onu bağışladığını bildirib:

“Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Anamın, atamın önündə alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancıma haram dedin.

Səni o gün izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq yaradandan sənə cavab verməsini istədim. Amma o an unutdum ki, sənin qızın var və mən doğularkən yaşadığımın 50 faizini o da yaşayıb.

Günahlarımız onların boynuna yazılar deyirlər, bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Mən səni bağışladım, Allah da səni bağışlasın. Üzünüzü güldürsün”.

Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə “Onlar” verilişində davam etmişdi.

Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin “Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşımışdı.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 718 22.06.18 13:03