“Space”də dava: Müğənnini efirdən qovdular – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:50 "ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir - VİDEO  |     14:39 Milli Məclis üç ölkənin imzaladığı sazişi ratifikasiya etdi  |     14:38 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib  |     14:37 Bu ilin yanvar ayında dəyəri 3 milyon manatdan çox olan qaçaqmal sərhəddən buraxılmayıb  |     14:36 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb  |     14:34 Suriyada içində bomba olan avtomobil partladıldı: Çox sayda ölən və yaralanan var  |     14:33 Narkotikə görə saxlanılan şəxslərə AĞIR CƏZA  |     14:31 Rusiya Xəzər dənizi üzərində Ukrayna ordusuna məxsus PUA-nı vurdu  |     14:30 Sabah güclü külək əsəcək  |     14:29 İtaliya nəhəngi "Qalatasaray"ın müdafiəçisi Viktor Nelssona elçi düşüb  |     14:28 Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı  |     14:27 Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi  |     14:25 Xalq artisti Ənvər Həsənovun son vəziyyəti AÇIQLANDI  |     14:21 Nazirlər Kabinetinin üç qərarı LƏĞV EDİLDİ  |     14:20 Mikayıl Cabbarov Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb  |     14:19 2025-ci ilin ilk ayının ən yaxşı futbolçusu bəlli olub  |     14:17 Egey dənizində "zəlzələ fırtınası" davam edir: Növbəti təkanlar qeydə alındı (YENİLƏNİB)  |     14:13 "Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular - VİDEO  |     13:39 Rusiyada qaz emalı zavoduna PUA hücumu olub  |     13:20 Markus Raşford "Mançester Yunayted"i digər İngiltərə klubuna dəyişdi  |    

“Space”də dava: Müğənnini efirdən qovdular – VİDEO

Xəbər verdiyimiz kimi, aparıcı Kamran Həsənli ilə müğənni Afaq Aslan arasında qalmaqal baş verib.

Onların davası bu gün “Space” TV-də “canlı yayımlanır” adı ilə tamaşaçılara təqdim olunan “Onda başladıq” proqramında olub.

Həsənlinin Afaq Aslana “Afaq xanım da müğənni olmaq istəyir” sözü qarşı tərəfi özündən çıxarıb.

Efir zamanı Afaq cavab vermək istəsə də, Kamran ona mane olmağa çalışıb.

“Mən sizə söz verməmişəm, hələ özüm danışıram. Ancaq sizə söz verəndən sonra danışa bilərsiz. Tələsməyin”, - deyə Aslanın nitqini kəsib.

Afaq bildirib ki, bu günədək Kamran Həsənlini tanımayıb:

“Kamran Həsənlini ilk dəfədir ki, canlı görürəm, tanımırdım. Verilişin mövzusu mən deyiləm. Sizi Samir Piriyevlə davanızdan sonra tanımışam. Sən özünə hörmət qoyan aparıcı olsaydın, o söhbətlərdən sonra efirə çıxmazdın. Niyə məni müzakirə edirsiniz? Sənə reytinq lazımdır”.

Aparıcı ifaçının sözlərinə reaksiya verməyə çalışıb:

“Afaq xanım, hələ növbə sizə çatmayıb, bilirsiniz ki, mövzu sizdən gedəcək, ona görə də əvvəlcədən bizi qabaqlayırsınız. Soğan yeməmisizsə, içiniz niyə yanır? Sizin kimi insanlar televiziyanın qaydalarını pozurlar. Siz heç bir qaydanı tanımaq istəmirsiniz. Çox ədəbsizlik edirsiniz? Bu ədəbsizliyə son qoymaq üçün istəyirik, efirdə bu məsələni müzakirə edək”.

Afaq isə cavabında “Ona-buna pul atan hansısa bir aparıcı mənim adımı necə çəkə bilər?” sözlərini işlədib. Kamran Həsənli isə ondan canlı efiri tərk etməsini istəyib. Daha sonra Afaq proqramdan gedib.

Qeyd edək ki, proqramın canlı yayımlandığı deyilsə də, Afaq Aslan dünən verilişdə qalmaqal yaşaması barədə açıqlama vermişdi./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 312 15.03.18 15:26