Sabah güclü külək əsəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:40 Əhməd əş-Şaraanın Türkiyəyə səfər tarixi açıqlandı  |     16:35 İlham Əliyev Polad Bülbüloğlunu təltif etdi  |     15:21 Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" marağa səbəb oldu - VİDEO  |     15:07 Moskvadakı partlayışda erməniəsilli federasiya rəhbəri ağır yaralandı  |     15:06 Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub  |     15:05 Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu  |     15:04 Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib  |     15:01 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Ətin qiyməti ucuzlaşdı (VİDEO)  |     14:56 Bu rayonlarda polis postları quruldu  |     14:55 Türkiyədə dərman fabrikində qorxunc partlayış  |     14:53 İtkin şəhidin məzarı 32 il sonra TAPILDI  |     14:52 Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb  |     14:50 "ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir - VİDEO  |     14:39 Milli Məclis üç ölkənin imzaladığı sazişi ratifikasiya etdi  |     14:38 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib  |     14:37 Bu ilin yanvar ayında dəyəri 3 milyon manatdan çox olan qaçaqmal sərhəddən buraxılmayıb  |     14:36 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb  |     14:34 Suriyada içində bomba olan avtomobil partladıldı: Çox sayda ölən və yaralanan var  |     14:33 Narkotikə görə saxlanılan şəxslərə AĞIR CƏZA  |     14:31 Rusiya Xəzər dənizi üzərində Ukrayna ordusuna məxsus PUA-nı vurdu  |    

Sabah güclü külək əsəcək

Azərbaycan ərazisində fevralın 4-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında fevralın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3-8° isti olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 03.02.25 14:30