"Xalq artisti Ənvər Həsənovun vəziyyəti orta ağır qiymətləndirilir".
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Ənvər Həsənov yanvarın 31-də saat 15:00-da Tibbi Reabilitasiya Mərkəzinə yerləşdirilib:
"Hazırda Terapiya şöbəsində medikamentoz və fizioterapevtik müalicəsi davam edir".
Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl səhhətində yaranan narahatlıqlar səbəbi ilə xəstəxanaya yerləşdirilib.