Ukrayna ordusu Rusiyanın Həştərxan vilayətində qaz emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
Bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bəyan edib.
Onun sözlərinə görə, dronlar region ərazisində yerləşən obyektlərə, o cümlədən yanacaq-enerji kompleksinə zərbə endirib.
Babuşkin hücumun dəqiq yerini açıqlamayıb, lakin PUA-lardan birinin düşməsi nəticəsində yanğın baş verdiyini qeyd edib.