Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:54 İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT  |     16:40 Əhməd əş-Şaraanın Türkiyəyə səfər tarixi açıqlandı  |     16:35 İlham Əliyev Polad Bülbüloğlunu təltif etdi  |     15:21 Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" marağa səbəb oldu - VİDEO  |     15:07 Moskvadakı partlayışda erməniəsilli federasiya rəhbəri ağır yaralandı  |     15:06 Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub  |     15:05 Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu  |     15:04 Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib  |     15:01 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Ətin qiyməti ucuzlaşdı (VİDEO)  |     14:56 Bu rayonlarda polis postları quruldu  |     14:55 Türkiyədə dərman fabrikində qorxunc partlayış  |     14:53 İtkin şəhidin məzarı 32 il sonra TAPILDI  |     14:52 Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb  |     14:50 "ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir - VİDEO  |     14:39 Milli Məclis üç ölkənin imzaladığı sazişi ratifikasiya etdi  |     14:38 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib  |     14:37 Bu ilin yanvar ayında dəyəri 3 milyon manatdan çox olan qaçaqmal sərhəddən buraxılmayıb  |     14:36 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb  |     14:34 Suriyada içində bomba olan avtomobil partladıldı: Çox sayda ölən və yaralanan var  |     14:33 Narkotikə görə saxlanılan şəxslərə AĞIR CƏZA  |    

Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Murovdağ" quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub.

Median.Az
ASCO-ya istinadən xəbər verir ki, bu hadisə ilə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.

Çilinin Tokopilla limanından 33 000 ton potassium nitratı ilə yola çıxan "Handysize" tipli gəmi Latın Amerikasının cənub sahili boyunca hərəkət edərək, dünyanın ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazından keçib. Hazırda gəmi Atlantik okeanına doğru üzür və İspaniyanın Kadiz limanında yükünü boşaltması planlaşdırılır.

Magellan boğazı Cənubi Amerikanın cənubunda, Çili ərazisində yerləşir və Atlantik okeanı ilə Sakit okeanı birləşdirən mühüm dəniz keçididir. Boğaz güclü küləkləri, dəyişkən hava şəraiti və mürəkkəb su axınları ilə tanınır.

ASCO-nun beynəlxalq sularda istismara verdiyi ikinci "Handysize" tipli məhdudiyyətsiz üzmə imkanlarına malik gəmisi olan "Murovdağ" bu tarixi keçidlə Azərbaycanın dənizçilik sahəsindəki mövqeyini daha da möhkəmləndirir və qlobal yükdaşımalarda iştirakını genişləndirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 03.02.25 14:27