Məşhur amerikalı reper Kanye Uestin "X" sosial şəbəkəsindəki səhifəsi bağlanıb.
Musiqiçinin səhifəsini 33 milyondan çox insan izləyirdi.
Qeyd edək ki, paylaşımında o, özünü ABŞ-nin gələcək prezidenti adlandırıb və sosial şəbəkənin sahibi İlon Maska öz fikirlərini ifadə etmək imkanına görə təşəkkür edərək pərəstişkarları ilə vidalaşıb.
Paylaşımında Uest yəhudiləri ABŞ-ni məhv etməkdə günahlandırıb və dünyadakı bir çox insanın "yəhudilərin layihələndirdiyi şəhərləri Adolf Hitlerin layihələndirdiyi şəhərlərlə" müqayisə etdiyini bildirib.
Reper ABŞ prezidenti olacağını və Hitlerin şəxsi memarı Albert Şpeerlə birlikdə "ABŞ-ni yenidən quracağını" vəd edib.
Uest qeyd edib ki, milyarder İlon Mask onun hesabını izləməkdən imtina etməyə məcbur olub. Buna baxmayaraq, reper sahibkara uzun müddət ərzində öz fikirlərini sərbəst ifadə etmək imkanına görə təşəkkür edib.