Dünya şöhrətli müğənni Adel ağır xəstəliyindən danışıb.
Azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, o, qulaq karlığından əziyyət çəkdiyini bildirib.
Müğənni, sol qulağında ağır bakteriya olduğunu açıqlayıb:
"Qulağıma nadir görülən su bakteriyası düşüb. Müalicəsi çox çətindir. Bir neçə gün səhv antibiotik qəbul etdim. Nəhayət, mənə təsir edən antibiotik verə bildilər. Bir neçə dəfə ağrının şiddətindən qulağımı kəsmək istədim. Sol qulağım bir az kardır”.