Ötən gün Türkiyədə keçirilən gözəllik yarışmasının nəticələri ilə bağlı qalmaqallı fikirlər səsləndirilib.
Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial mediada geniş müzakirə olunan ilk pillənin sahibi İdil Bilgen ilə bağlı bəzi məlumatlar əldə olunub.
"Miss Türkiyə” birincisi seçilən İdil Bilgenin Türkiyənin Kiyevdəki səfiri Levent Bilgenin qızı olduğu məlum olub.
Qeyd edək ki, o, "Miss World" yarışmasında Türkiyəni təmsil edəcək.
//azxeber.com