Məşhur aktyor Halit Ergenç ötən gün İstanbulun Bebek səmtində görüntülənib.
Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, müxbirlərlə söhbət edən Ergenç fit görünüşü ilə diqqət çəkib.
Ona verilən sualları cavablandıran Halit Ergenç deyib:
"Mən arada gedib gəlirəm. Uşaqların indi məktəb tətili var. Tezliklə yanıma gələcəklər.Bir müddət burada qalacağıq, sonra birlikdə qayıdacağıq".
Halit Ergenç verdiyi kilolardan da danışıb:
"Roluma görə 10 kilo arıqladım. Mən bu proses zamanı dəstək aldım, çünki bu çəki artımı və itkisi insan sağlamlığına da təsir edə bilər. Əgər motivasiyalısınızsa, asanlıqla verə bilərsiniz".
Qeyd edək ki, Halit Ergenç və Bergüzar Korel Londonda ev alıblar və krallıq paytaxtında yaşayırlar. Onların üç övladı var.
//Baku.ws