Xəstə dişlər insanı ölümə sürükləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Lənkəranda iki saat işıq olmayacaq  |     22:47 Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub  |     22:39 ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır  |     22:34 Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO  |     22:24 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO  |     22:08 Şahmat üzrə Azərbaycan çempionatı başladı  |     22:08 Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb  |     21:52 Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb  |     21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |    

Xəstə dişlər insanı ölümə sürükləyir

ABŞ-ın Kolumbiya Universitetinin alimləri dişlərin çürümə prosesi və parodontitdə iştirak edən bakteriyanın yoğun bağırsaq xərçənginin inkişafını sürətləndirdiyini müəyyən edib.

Median.Az
oxu.az-a istinadən bildirir ki, bu barədə "MedicalXpress"də press-reliz dərc olunub.

Tədqiqatçılar yoğun bağırsağın sağlam hüceyrələrində bədxassəli şişlərin inkişafını stimullaşdıran "anneksin A1" zülalının olmadığını ortaya çıxarıb. Siçanlar üzərində aparılan sınaqlarda anneksinin aktivliyinin inhibasiyasının "Fusobacterium nucleatum" bakteriyasının xərçəngə yol açan siqnal yollarının aktivləşməsinə əngəl yaratdığı və törəmələrin artımını ləngitdiyi üzə çıxıb.

Alimlər bağırsaq xərçəngli xəstələrin RNT 466 məlumatlarını araşdırıb. A1 anneksinin yüksək aktivliyi cinsdən, yaşdan və şişin inkişaf mərhələsindən asılı olmayaraq, xərçənglə bağlı daha bədbin proqnozlara yol açıb.

Hazırda tədqiqatçılar A1 anneksinin köməyi ilə (biomarker qismində) daha aqressiv xərçəng növlərinin aşkarlanması metodunun yaradılması üzərində çalışır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 483 06.03.19 23:15