"Allergiyası və ya dərisində iltihab olan insanlar botoks etməkdən çəkinməlidirlər".
Bunu rusiyalı dermatoloq və kosmetoloq Zara Acıqova bildirib.
Həkim prosedurun bəzi xəstələrə zərər verə biləcəyini qeyd edib.
"Botulinum terapiyasına qırışlarla mübarizədə uzunmüddətli təsirinə görə böyük tələbat var. Lakin fikrimcə, prosedurun yüksək tələbatına baxmayaraq, bunun əks göstəriş olduğu bir neçə insan kateqoriyası var", - deyə Acıqova vurğulayıb.
O, allergik reaksiyaları, xəstə dərisi, autoimmun xəstəlikləri və dərmanın özünə qarşı həssaslığı olan insanları botoks iynəsindən imtina etməyə çağırıb.
Mənbə: Lenta.ru