Beyin qocalığının qarşısını alan ƏRZAQLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |    

Beyin qocalığının qarşısını alan ƏRZAQLAR

Yağ turşuları, antioksidantlar, karotenoidlər, "E" vitamini və xolinlər beyin sağlamlığını qorumağa kömək edir.

Bu barədə ABŞ-nin Nebraska Universitetinin alimləri araşdırma aparıblar. Onların tədqiqatlarının nəticələri "npj Aging" jurnalında dərc olunub.

Araşdırmada 65-75 yaşlı 100 nəfər koqnitiv sağlam insan iştirak edib. Onların həyat tərzi və rasionları haqqında məlumat toplanıb, qan nümunələri alınıb. İştirakçılar həmçinin koqnitiv bacarıqlarının qiymətləndirilməsi üçün testlərdən və beyin MRT-sindən (maqnit rezonans görüntüləmə) keçiblər.

Nəticələr göstərib ki, yaddaşı və diqqəti yaxşı olan insanlar yüksək miqdarda yağ turşuları olan məhsullar - yağlı balıq, qoz-fındıq, ispanaq, brokoli, tumlar və zeytun yağı istehlak ediblər.

O da müəyyən olunub ki, idrak sağlamlığını qorumaq üçün antioksidantlar və karotenoidlər vacibdir. Bu təbii faydalı maddələr bir çox meyvə, tərəvəz və giləmeyvələrdə olur. Onlar orqanizmin hüceyrələrini oksidləşdirici stressdən (xüsusi zərər formasından) qoruyurlar.

Bundan əlavə, qan biomarkerlərinin təhlili göstərib ki, "E" vitamini və xolin beynin qocalmasını ləngidə bilir. Heyvan mənşəli protein məhsulları bu qidalarla zəngindir.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            783 23.05.24 11:27