Azərbaycan Ordusunda ehtiyata və istefaya göndərilən vəzifəli şəxslərin ADLARI » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |    

Azərbaycan Ordusunda ehtiyata və istefaya göndərilən vəzifəli şəxslərin ADLARI

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Pravda.az istefaya göndərilən və ehtiyata buraxılan vəzifəli şəxslər barəsində məlumat əldə edib.

Belə ki, Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov, Quru Qoşunlarının Əməliyyat idarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev istefaya göndəriliblər.

Ehtiyata göndərilən vəzifəli şəxslər arasında Əməliyyat Baş İdarəsinin rəisi Azər Əliyevin də adı var.

Bundan başqa, müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıblar.

Eyni zamanda, Azərbaycan Milli Müdafiə Akademiyasının rəisi Heydər Piriyev vəzifəsindən azad edilib, həmin vəzifəyə polkovnik Gündüz Əbdülov təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 185 12.01.24 16:30