DOST Agentliyinin əməkdaşları şəhid ailəsi ilə görüşüb, təqaüd kartını təqdim ediblər - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:36 Tanınmış ekspert həbs edildi  |     16:35 Bakıya gələn təyyarədə texniki nasazlıq: sərnişinlər uçmaqdan imtina etdi  |     16:20 "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT  |     15:41 Saxta diş həkimlərinin ifşası - "Çəkilişi görüb, "işləmir" dedilər" - VİDEO  |     15:29 İsveçdə Qurani-Kərimi yandıran şəxs öldürülüb  |     14:05 Xocalı gil yatağı satılacaq  |     13:48 Azərbaycanda problemli kreditlərin həcmi 3%-ə yaxın artıb  |     13:30 Aİ-nin 12 ölkəsi seçkiyə xarici müdaxiləyə görə Avropa Komissiyasına çağırış etdi  |     13:22 Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var  |     13:21 Azərbaycanda dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq  |     13:02 Durov Qərbin süni intellekt sahəsində Çindən niyə geri qaldığını izah edib  |     12:59 Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama  |     12:52 Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq  |     12:36 Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu  |     12:31 MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar  |     12:16 SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır  |     12:08 "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi  |     12:01 Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ  |     11:50 Ağcabədidə iki avtomobil toqquşub: Ölən var  |     11:45 Sumqayıtda ƏMƏLİYYAT - 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı - VİDEO  |    

DOST Agentliyinin əməkdaşları şəhid ailəsi ilə görüşüb, təqaüd kartını təqdim ediblər - FOTO

DOST Agentliyinin əməkdaşları şəhid Emil Əhmədovun ailəsini ziyarət edib.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhidin ailə üzvlərinə başsağlığı verib, Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. O, şəhid ailələrinin dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Şəhidin həyat yoldaşı Vüsalə Əhmədovaya şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib. Ona, həmçinin şəhidin 15 və 13 yaşlarında iki övladına ailə başçısını itirməyə görə pensiya və ya müavinət təmin edilməsinin də nəzərdə tutulduğu bildirilib. V.Əhmədova işsiz olduğu üçün məşğulluğunun təmin edilməsinə də dəstək göstəriləcək.

Ümumilikdə ailənin sosial vəziyyəti 1 saylı Bakı DOST Mərkəzi tərəfindən diqqətdə saxlanacaq, digər sosial dəstək tədbirləri ilə əhatə olunmaları üçün də işlər aparılacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            927 30.12.20 21:05