Daha bir qazimiz və ailəsi ilə bağlı görüləcək dəstək tədbirləri müəyyən olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |    

Daha bir qazimiz və ailəsi ilə bağlı görüləcək dəstək tədbirləri müəyyən olunub

Vətən müharibəsinin qazisi, Suqovuşan uğrunda döyüşlərdə yaralanmış Səmədov Elnur Eldar oğlunun ailəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqətindədir.

Nazirlikdən bildirilib ki, Elnur könüllü olaraq müharibəyə gedib və döyüşlərin birində yaralanıb, hazırda hospitalda müalicə olunur. Nazirliyin əməkdaşları onun ailəsini ziyarət edib, vəziyyətini öyrəniblər. Bakının Qaradağ rayonunda yaşayan ailə üç nəfərdən ibarətdir: Elnur, anası və bacısı. Anası yaşa görə müavinət alır, bacısı isə işləmir. İşləmək istəyi odluqda ona münasib iş təklif ediləcək.

Elnurun müalicə dövrü bitdikdən sonra ona əlillik dərəcəsi təyin olunacaq. Bundan sonra ona hər ay Prezidentin təqaüdü və əlilliyə görə pensiya, əgər stajı uyğun olmasa, müavinət veriləcək. Həmçinin əlillik dərəcəsinə uyğun olaraq ona birdəfəlik təzminat ödənilməsi də təmin olunacaq. Təzminat I, II və III dərəcəli əlillik üçün müvafiq olaraq 8800 manat, 6600 manat, 4400 manatdır. O həmçinin Nazirlik tərəfindən reabilitasiya proqramlarına cəlb ediləcək.

Müharibəyə gedənə qədər Elnur Ələt qəsəbəsində podratçı şirkətlərin birində işləyib. Müalicəsi bitdikdən sonra onun məşğulluq məsələsinə də köməklik ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            771 17.12.20 19:14