“Onunla döyüşdə üz-üzə gəlmək intihardır” - Hikmət Mirzəyev haqda şok faktlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Ermənistanda daşqınlar: 443 nəfər təxliyə edilib  |     23:02 Fransada əczaçılar tətil edəcək  |     22:53 Universitetlərə qəbul imtahanının modeli dəyişdiriləcək?  |     22:46 Təkrar sertifikatlaşdırmadan keçməyənlərin nəzərinə  |     22:39 Misirlilər 4000 il əvvəl xərçəngi cərrahi yolla müalicə edirmiş? - İnanılmaz  |     22:30 Bəhram Bağırzadənin sürücülük hüququ məhdudlaşdırıla bilər (SƏBƏB)  |     22:25 "YouTube" reklamlara baxmayanlarla mübarizə aparmaq üçün yeni üsul tapdı  |     22:19 Tarixdə ilk dəfə bir insan şəkər xəstəliyindən sağaldı  |     22:12 "Xaç atası"nın prodüseri Albert Raddi vəfat etdi  |     22:07 Niyaməddin Musayev: "Başı xarab adamlardır..."  |     21:56 "Bakı Gəmiqayırma Zavodu" üç ildə 220 mln. manatdan çox zərər edib  |     21:52 Abşeron rayonunda mənzildə yanğın başlayıb  |     21:45 Müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki xarakterli məhdudiyyətlər aradan qaldırılıb  |     21:41 Masallıda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır  |     21:27 MN-in mayorunu öldürməkdə təqsirləndirilən zabitin məhkəməsi başlayır  |     21:20 Səudiyyə Ərəbistanı İranın media nümayəndələrini ölkədən çıxarıb  |     21:12 UEFA Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu açıqlanıb  |     21:05 Vladanka Andreyeva: Azərbaycanda minalarla mübarizəyə dəstəyi genişləndirmək imkanı var  |     20:59 İranda iki həftə ərzində 63 məhbus edam olunub  |     20:51 Beyləqanda 4 otaqlı evdə yanğın olub  |    

“Onunla döyüşdə üz-üzə gəlmək intihardır” - Hikmət Mirzəyev haqda şok faktlar

"Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant və "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Hikmət Mirzəyev Zəfər paradında da yenə ən öndəydi”.

Median.Az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

O, general Mirzəyev haqda bir sıra maraqlı məlumatları açıqlayıb:

"Ona polkovnik rütbəsini ümummilli lider Heydər Əliyev şəxsən özü təqdim edib. 2002-ci ildə isə Heydər Əliyevin sərəncamı ilə general-mayor rütbəsini alıb. Bu il oktyabrın 17-də isə Ali Baş Komandan ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyevin hər bir rütbəsində dövlətə dərin xidmət var, o, kabinetlərdə oturaraq rütbə almayıb.
O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindəndir. Cəbrayıl rayounun işğaldan azad edilməsi əməliyyatının başçısıdır. Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir. Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz Ordumuzun görən gözü, vuran qolu, ddüşünən beyni hesab olunur.

Yaralı XTQ zabitlərimizin müalicəsi zamanı iynədən istifadə mmümkünsüz olurdu. Çünki dəmir kimi bədən, qol əzələləri iynəni qırırdı, iynə əzələyə daxil ola bilmirdi. Nə qədər qəribə görünsə də də, xeyli belə faktlar var və biz onları görmüşük, bu barədə ətraflı izahata ehtiyac da yoxdur”.

Elçin Alıoğlu qeyd edib ki, Hikmət Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir:

"O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.

Döyüşdə Hikmət Mirzəyevlə üz-üzə gəlmək rəsmən intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazıdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi”.//sfera.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            828 11.12.20 23:50