"BakuBus" Naxçıvana sərnişin daşıyacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:17 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |     11:53 Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı  |     11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |     11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |     16:54 İşdən çıxmasını istəyən ərini həbs etdirdi  |     13:00 Rusiyadan Avropaya qaz böhranı: Ukrayna üzərindən tranzit tamamilə dayandırıldı  |     12:59 Əksər rayonlarda hava yağmursuz keçib - FAKTİKİ HAVA  |     12:44 Bu sosial ödənişlərin də məbləği artdı  |     12:43 Fransa hərbçiləri daha bir ölkədən çıxarılır  |     12:42 Bu ölkələr Şengen zonasına daxil oldu  |     12:41 Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu  |     12:40 ÜST Konqodakı naməlum xəstəliyin səbəbini açıqladı  |     12:15 Avtomobili ilə piyadanı vurub öldürdükdən sonra qaçan sürücü TUTULDU (YENİLƏNİB)  |     12:14 Rusiya sərhədçiləri Ermənistan-İran sərhədini tərk ediblər  |     12:13 Estoniyanın keçmiş prezidenti vəfat etdi  |     12:11 Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib  |    

"BakuBus" Naxçıvana sərnişin daşıyacaq

"BakuBus" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib gəlib.
 
Median.Az bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər "Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 manatdır və "biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.

Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. Bu il Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.

"Şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması daim diqqətdə saxlanılır. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır", - deyə AYNA bəyan edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 30.12.24 13:29