Özbəkistanın Fərqanə şəhərindən Moskva istiqamətinə uçan Rusiyanın "Aeroflot" şirkətinə məxsus təyyarə Daşkənd hava limanına təcili eniş edib.
Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Uzbekistan Airports" şirkətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarənin təcili eniş etməsinə səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişin insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.