Rusiyaya gedən vətəndaşların NƏZƏRİNƏ: Yeni miqrasiya qaydaları qüvvəyə mindi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Mütəxəssislərdən xəbərdarlıq: "Epidemioloji vəziyyət qarışıqdır"  |     22:28 Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama  |     22:09 AZAL-dan Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə REAKSİYA  |     21:58 "Xətai" stansiyasında eskalator dayandı: Sıxlıq yarandı  |     21:27 KİV: ABŞ YPG-ni dəstəkləmək üçün Suriyanın şimalında hərbi baza tikir  |     21:21 Antalyada zəlzələ olub  |     20:35 Cənubi Koreyanın müvəqqəti prezidenti ABŞ ilə müttəfiqliyin davam edəcəyini açıqlayıb  |     20:27 Balakəndə ev yanıb, bir nəfər yanıq xəsarəti alıb  |     20:05 İtaliya Superkuboku: "Milan"ın hücumçusu "Yuventus"la oyunu buraxacaq  |     19:59 Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır  |     19:53 Tayvan sahillərinə yaxınlaşan Çin təyyarələri və gəmilərini aşkarlayıb  |     19:45 Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur - ARAŞDIRMA  |     19:31 Alimlər xərçəng xəstəliyinin tez-tez məhəl qoyulmayan əlamətlərini açıqlayıb  |     19:23 Çilidə 6,1 maqnitudalı zəlzələ olub  |     17:52 Ermənistan aviaşirkətinə Moldovaya uçuşlar qadağan edilə bilər  |     17:36 Dünyanın ən böyük üçüncü kriptovalyutası bəlli oldu  |     15:06 Gədəbəydə avtomobil maneəyə çırpılıb: Xəsarət alan var  |     14:55 Magistral su xəttində QƏZA - Bakının bu ərazilərində su kəsiləcək  |     14:36 Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar  |     13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |    

Rusiyaya gedən vətəndaşların NƏZƏRİNƏ: Yeni miqrasiya qaydaları qüvvəyə mindi

Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib.

Bu gündən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.

Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

Bundan əlavə Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur.

Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            390 01.01.25 12:08