Bakıdan Qazaxıstanın Aktau şəhərində uçuş həyata keçirən təyyarədə problem yaşanıb.
Məlumatı Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti də təsdiq edib.
"Eniş ştat rejimində həyata keçirilib, enişdən sonra təyyarənin burun mexanizmində problem yaranıb. Təyyarədə sərnişin olmayıb" - deyə məlumatda qeyd olunur.
Qazaxıstanın Tengrinews.kz portalı isə məlumat verir ki, söhbət şəxsi "GulfStream" təyyarəsindən gedir.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
Qeyd edək ki, qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.