Xidmət müddəti başa çatmış əsgərlər bu tarixdə ehtiyata buraxılacaq - RƏSMİ + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:56 Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI  |     15:47 Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək  |     15:40 Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)  |     15:25 "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar - VİDEO  |     15:13 İsrail Qəzzada iranlı jurnalisti həbs edib  |     15:02 "Olimpiakos"un prezidenti "Qarabağ" üzərində qələbəyə görə futbolçulara böyük bonus vəd etdi  |     14:42 Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı artdı  |     14:23 VHP-dən Tənzilə Rüstəmxanlının hacı Şahinlə bağlı açıqlaması barədə BƏYANAT  |     13:36 TƏBİB İsmayıllıda baş verən körpə ölümünün ilkin səbəbini açıqladı  |     13:16 Kapitoli binası yaxınlığında silahlı şəxs saxlanıldı  |     13:09 Bəzi ölkələrdən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub  |     13:04 Tramp "Dəmir qübbə" müdafiə sisteminin qurulmasına dair sərəncam imzalayıb  |     13:00 "Coca-Cola" Avropadakı məhsullarını kütləvi şəkildə geri çağırır  |     12:53 "Qarabağ"ın daha bir futbolçusu Avropa klubundan təklif alıb  |     12:47 "SalamNews" və "İnteraz"ın rəhbəri Mətləb Bağırov məhkəmədə ifadə verib  |     12:41 "Bandotdel"dən ƏMƏLİYYAT: Narkoşəbəkənin üzvləri İFŞA EDİLDİLƏR - VİDEO  |     12:31 Neymar Səudiyyə Ərəbistanı klubu ilə yollarını ayırdı  |     12:29 Daim stres içindəsinizsə, dərinizdə hansı problemlər yarana bilər?  |     12:28 Bu gün Azərbaycanda "sükut günü"dür  |     12:27 Yaşlı insanlar üçün ideal içki hansıdır? - Rusiyalı həkimdən tövsiyə  |    

Xidmət müddəti başa çatmış əsgərlər bu tarixdə ehtiyata buraxılacaq - RƏSMİ + VİDEO

Ölkə ərazisində koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar əsasında müxtəlif tədbirlər görülür.

Median.Az xəbər verir ki, qəbul edilən qərarlar çərçivəsində nazirliklər və aidiyyəti orqanlarda xüsusi iş qrafikləri təyin olunub.


Mövcud vəziyyətlə bağlı Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

Nəzərə alaq ki, məktəblərin nə zaman başlayacağı və təhsil müddətinin nə zaman bitəcəyi vaxt bəlli deyil. Eyni zamanda, hərbi xidmətə çağırış müddəti də mayın 31-dən uzadılıb.

Bu vəziyyət Azərbaycan ordusunun döyüş qabiliyyətinə mənfi təsir göstərə bilərmi?

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir:

“Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət keçir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində peşəkar ordu formalaşıb. Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək”.

Məlumatda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsinə də aydınlıq gətirilib:

“Xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla, ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.

Bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 634 31.03.20 14:48