Hiperaktiv uşaqlarla necə davranmalı? - Psixoloq məsləhəti » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |     19:04 Komissiya: Azərbaycan informasiya məkanına müdaxilə edilib, sosial mediada kampaniya aparılıb  |     19:03 AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb  |     19:02 İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb  |     19:01 Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək  |     19:00 Balidə Rusiya Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq  |     18:59 "Lion" yeni baş məşqçisini açıqlayıb  |     18:58 Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb  |     18:58 Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb  |    

Hiperaktiv uşaqlarla necə davranmalı? - Psixoloq məsləhəti

Həddindən artıq hərəkətli uşaqlar bəzən valideynlərinə çətin anlar yaşadır. Onların davranışları hərdən etik normaları belə aşır.

Bu isə problemin ilkin siqnalıdır. Hiperaktivlik - "hiper" yunanca yüksək, "aktivas" hərəkət və ya hərəkətli deməkdir. Bu termin aktiv, davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Bu tip balacalar ətraf mühitlə münasibətdə müəyyən mənada çətinlik yaşayır.

"Ailələrdən gələn ən çox şikayət isə uşaq yeməyini zülmlə yeyir, hər şeyə aid suallar verir" - mütəxəssislər belə deyir.

Median.Az azedu.az-a istinadən xəbər verir ki, psixoloq Aygün Cəfərova mövzu ilə bağlı Medicina.az-a ətraflı danışıb: "Əgər uşaq çox sual verirsə, hər şeylə maraqlanırsa, bu, nadinclik demək deyil. Sadəcə uşaqda yaranan maraqların göstəricisidir. Belə olan təqdirdə əgər valideynlər uşaqları diqqət mərkəzində saxlaya bilmirsə, məsələn, onların suallarına cavab vermirsə, uşaqlar başlayırlar digər vasitələrlə diqqət cəlb etməyə. Beləliklə, nadinclik edirlər".

Bunu valideynlər çox vaxt hiperaktivlik kimi qiymətləndirirlər. Lakin mütəxəssislər bunun düzgün olmadığını bildirirlər. Psixoloq Aygün Cəfərova məsələni belə izah edir: "Əslində onlar bu hərəkətləri ilə valideynlərin və ətrafdakıların diqqətini cəlb eləmək istəyirlər. Uşaqlar bu addımı diqqətdən kənarda qaldıqlarını hiss etdiklərində atırlar. Ailədən uşağa ötürülən sevgi azlığı onları nadinclik, dəcəllik etməyə sövq edir".

Sevgi çatışmazlığından gələn şuluqluq

Nəticə isə özünü çox ağır formada büruzə verə bilər. Araşdırmalar göstərir ki, hiperaktiv uşaqlar olduqca hərəkətlidirlər. Məsələn, belə uşaqlar yaşıdlarını itələyir, divara dırmanır, həddindən çox danışır, başqalarının sözünü kəsir - bir sözlə onları ram etmək çətindir. "Bəs bu halda nə edilməlidir, hansı addımlar atılmalıdır" kimi suallar yaranır. Psixoloq Aygün Cəfərova deyir ki, bunu yalnız sevgi ilə aradan qaldırmaq mümkündür: "Onlara daim sevgi aşılamaq lazımdır. Danışanda mümkün qədər göz təması qurmaq, nəvaziş göstərmək müsbət nəticə verir. Uşaqlara mütləq vaxt ayrılmalıdır. Yəni, onlarla ünsiyyətdə olmaq vacibdir. Günü necə keçirdiyi, nələr etdiyi, hansı problemdən narahat olduğunu müzakirə etmək lazımdır. Onların suallarına ətraflı cavablar verilməlidir. Bir sözlə, əgər uşaqların sevgi ehtiyacı ödənilərsə, onlarda nadincliyin qarşısını almaq mümkündür".

Hiperaktivlik sindiromu diaqnozuna gəlincə, psixoloqlar deyir ki, bu, yalnız düzgün müayinə ilə təsbit olunmalıdır. Bunun üçün ilkin olaraq tibbi və psixoloji müayinələr aparılmalıdır. Sindiromun ilkin əlamətləri bir sıra hallarda özünü göstərir: "Diqqət pozğunluğu varsa, misal üçün, bir dəqiqə ərzində oturub su içə və ya yeməyini yeyə bilmirsə bu, artıq patoloji aktivlikdir. Bu zaman artıq mütəxəssisə müraciət olunmalıdır. Psixoterapiya götürülməlidir, dərmanlarla müalicə olunmalıdır. Ancaq bir məqam var ki, bəzən aktivliklə hiperaktivlik qarışdırılır. Aktiv uşağa da hiperaktiv diaqnozu qoyurlar. Bu isə çox yanlış yanhaşmadır. Yalnış diaqnozla uşaqları səhv yönəldirlər. Yaxud da baxırsan adi uşaqdır, normal aktivliyi var, sadəcə valideyn iddia edir ki, uşağım hiperaktivdir"

Odur ki, valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Mütəxəssislər aktiv və dəcəl olan hər uşağa bu diaqnozu qoyub, dərman müalicəsi tətbiq etməyin əleyhinədirlər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 333 25.06.19 23:49