Bu meyvələri almayın! - Ekspertdən XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |     19:04 Komissiya: Azərbaycan informasiya məkanına müdaxilə edilib, sosial mediada kampaniya aparılıb  |     19:03 AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb  |     19:02 İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb  |     19:01 Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək  |     19:00 Balidə Rusiya Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq  |     18:59 "Lion" yeni baş məşqçisini açıqlayıb  |     18:58 Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb  |     18:58 Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb  |    

Bu meyvələri almayın! - Ekspertdən XƏBƏRDARLIQ

Təəssüf ki, Azərbaycanda becərilən meyvə və tərəvəzlərin analoqları xaricdən gətirilir.

Median.Az
xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla bəzi mövsüm meyvələrindən zəhərlənmə halları barədə danışarkən deyib. O, meyvələri alarkən ölçüsünə və dadına nəzarət etməyin vacibliyini bildirib:

"Hazırda bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmaması üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir.

Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur.

Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan, az qala, 10 dəfə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil.

Əhliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Təəssüf ki, ölkəmizə öz standart ölçüsündən xeyli böyük meyvə və tərəvəzlər xaricdən gətirilir və çox vaxt dadsız olur. Bu sadaladıqlarım meyvə və tərəvəzlərin keyfiyyət parametrlərinin aşağı olmasından xəbər verir".

Ekspertin sözlərinə görə, ölkədə yetişən meyvə-tərəvəzlərin xaricdən alınması ərzaq təhlükəsizliyi konsepsiyasına ziddir:

"Ümumiyyətlə, Azərbaycana vaxtından əvvəl süni şəraitdə yetişdirilmiş, gübrəli, genetik modifikasiya olunmuş ərzaq və qida məhsullarının, meyvə-tərəvəzlərin gətirilməsini məqsədəuyğun hesab etmirəm. Ərzaq məhsullarının ölkəyə idxalı o halda məqsədəuyğun hesab edilir ki, həmin ərzaq məhsullarının ölkədə istehsalı mümkünsüzdür. Yəni həmin meyvə burada yetişmir və ya bölgə üçün ənənəvi deyil.

Tərəvəzlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qidaların çoxu yerli məhsullardır. Buna görə də tərəvəzlərlə bağlı elə də çox problem olmur".

A.Qeybulla yay aylarında bəzi ət və ət məhsullarının qəbulunun da insan səhhəti üçün riskli olduğunu söyləyib:

"Meyvələr kimi balıq məhsullarının, eləcə də hinduşka ətinin mövsümü var. Adətən, fevralın sonu, martın əvvəllərindən başlayaraq hinduşka ətindən istifadə olunmur. Balıq və hinduşka ətini ancaq soyuq aylarda qəbul etmək olar. Tarix boyu formalaşan qida mədəniyyəti, adət-ənənələrimiz var. Bunlara riayət etsək, heç bir problem yaranmaz".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 365 24.05.19 22:16