Qlobal istiləşmə ilə mübarizə - Süni yarpaqlar yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:36 Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu  |     12:31 MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar  |     12:16 SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır  |     12:08 "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi  |     12:01 Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ  |     11:50 Ağcabədidə iki avtomobil toqquşub: Ölən var  |     11:45 Sumqayıtda ƏMƏLİYYAT - 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı - VİDEO  |     11:40 Lənkəranın bəzi əraziləri işıqsız qalıb  |     11:35 Avropada "Coca-Cola"dan sonra bu dəfə "Lay's" şoku: Satışdan yığışdırılır  |     11:21 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı  |     22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |    

Qlobal istiləşmə ilə mübarizə - Süni yarpaqlar yaradılır

Süni yarpaqlar fotosintez prosesini təqlid edir, amma bunu yalnız laboratoriyada edə bilərlər, çünki rezervuarlarda təzyiq altında saxlanılan təmiz karbon qazından istifadə edilir. İllinoysk Universitetinin tədqiqatçıları tərəfindən təklif edilmiş həll süni yarpaqları laboratoriyadan təbii mühitə çıxara bilər.

Median.Az
“İctnews”a istinadən xəbər verir ki, mütəxəssislər adi süni yarpağı yarımkeçirici membrandan hazırlanmış və su ilə doldurulmuş şəffaf kapsula bağlamağı təklif edirlər. Günəş işığı ilə isidilən membran suyun buxarlanmasına imkan verir. Su membrandan keçərkən havadan karbon qazını çəkir. Kapsulun daxilindəki süni fotosintez bloku karbon dioksidi monooksidə çevirən katalizatorlarla örtülmüş işıq uducusundan ibarətdir. Monooksidi çıxardaraq müxtəlif sintetik yanacaq növlərinin hazırlanmasında əsas kimi istifadə etmək olar. Ayrılan oksigen ətraf mühitə buraxılır.

Hesablamalara görə, uzunluğu 1,7 metr, eni 0,2 metr təşkil edən 360 yarpaq gün ərzində təxminən yarım ton karbon oksidi istehsal edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 647 15.02.19 20:30