Qurudulmuş meyvə alarkən nələrə diqqət etmək lazımdır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:42 Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilib  |     14:34 "Disney" filmlərində LGBT və azlıqların təbliği dayandırılır  |     14:10 Alimlər kvant kompüterlərində kainatın məhvini modelləşdirdilər  |     13:55 Paytaxtda yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb  |     13:37 Bu gün keçiriləcək ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar? (ANONS)  |     13:25 Şirvanda beş evdən 53 min manatlıq oğurluq etdi: ƏLƏ KEÇDİ  |     13:23 Bu gün Əfv Komissiyasının ilk iclası keçiriləcək  |     13:22 Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər saxlanılıb  |     13:21 İngiltərədə uşaq meydançasının altından 176 bomba aşkarlandı  |     13:05 Dünyada temperatur rekord yüksək səviyyəyə çatıb - HƏYƏCAN TƏBİLİ  |     13:01 Rahatlıq üçün ortopedik kresloya keçid zərər verə bilər - GİZLİ TƏHLÜKƏ  |     12:54 Çində yanğınsöndürənlər robot itdən istifadə ediblər  |     12:52 Meymun beynini insan beyninə çevirən mexanizm tapıldı  |     12:52 Ağciyər xərçəngi olanlar üçün yeni ümid: Şişin "zəif nöqtəsi" aşkarlandı  |     12:51 İki nəhəng şirkət süni intellekt hazırlayır  |     12:50 Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi  |     12:49 "Şirniyyat sevgisi" hansı xəstəliyin əlaməti ola bilər?  |     12:48 "Binance" və SEC məhkəmə prosesinin dayandırılması ilə bağlı birgə vəsatət qaldırdılar  |     12:47 "Qalatasaray" - "Fənərbağça" derbisinin tarixi açıqlandı  |     12:47 Ermənistanı silahlandıran Fransa özü müdafiəsiz qala bilər  |    

Qurudulmuş meyvə alarkən nələrə diqqət etmək lazımdır?

Qurudulmuş meyvələr il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır.

İstehsal texnologiyasının tələblərinə düzgün riayət edilərsə quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır.

● Əgər məhsul hermetik qablaşdırmadadırsa ilk öncə istehsal tarixi və yararlılıq müddəti barədə məlumatlara, tərkibində qida əlavələrinin olmamasına diqqət yetirilməlidir.

● Quru meyvə satışını həyata keçirən obyektin gigiyenik qaydalara əməl etməsinə, məhsulun piştaxtada və şüşə rəflərdə satılmasına diqqət yetirilməkdə vacibdir.

● Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.

● Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır. Bir ədəd qurudulmuş meyvənin üzərində bu qüsurlarla rastlaşsanız, düşünməyin ki, onu kənara qoysanız məsələ həll olunur. Belə məhsulu ümumiyyətlə almağınız tövsiyə olunmur.

● Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.

● Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Qurudulmuş meyvədə ona xas olmayan əlamətlər (üzərində spirt qıcqırması və kif əlamətləri) varsa, belə quru meyvə insan sağlamlığı üçün təhlükəlidir.

● Quru meyvə alarkən rənglərinə də diqqət yetirmək vacibdir. Satışda süni parıltılı quru meyvələrə rast gəlirik ki, təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır.

● Ərik qurusunun rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusu keyfiyyətli hesab olunmur. Parlaq və cəlbedici rəng isə onun süni yolla qurudulduğuna və sağlamlıq üçün zərərli olduğuna işarədir.

● Qurudulma prosesində ağ üzüm də, tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, bu meyvəyə kimyəvi müdaxilə edildiyinə işarədir.

● Üzərində kif əlamətləri müşahidə edilməyən və bərk gavalı qurusu keyfiyyətcə üstündür.

● Alma qurusunun rəngi bej və ya krem rəngdə olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu yüksək keyfiyyətli məhsul hesab olunmur.

● Armud qurusunu da alarkən eyni qaydalara əməl edilməlidir. Yadda saxlamaq lazımdır ki, quru meyvənin üzərindəki ağ ləkələr onun təbii rəngidir.

● Albalı qurusu tünd qırmızı və qara rəngin qarışımından yaranan çalarda, dadı turş olmalıdır.

● Xurma qurusunun üzəri ağ tozlu, rəngi qəhvəyi, tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.

● Qurudulmuş meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır.

Düzgün texnologiya ilə hazırlanmış quru meyvə təbii və xarakterik qoxuya malik olmalıdır. Əgər məhsul üçün spesifik olmayan qoxu varsa, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün zərərli olduğunu göstərir. (Afsa.gov.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 975 18.06.18 18:46