Marsa arılar göndəriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:56 Bakıda yeni açılan mollda həyəcanlı anlar - Video  |     20:52 40 gün üzünüzə zeytun yağı çəksəniz...  |     20:45 Rusiya Ermənistanda dəmir yolunu bərpa edir  |     20:40 829-cu gün: Rusiyanın itkiləri yeniləndi  |     20:32 Yol Polisi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  |     20:25 Almaniyanın cənubunda fövqəladə vəziyyət elan edilib  |     20:16 “Hizbullah” PUA-larla İsrailin hərbi bazasına zərbələr endirib  |     20:11 Ronaldu ardıcıl beşinci dəfə penaltilər seriyasından məğlub ayrılıb  |     20:03 Paşinyan dəmir yolunun bir hissəsinin bərpasında köməyə görə Putinə təşəkkür edib  |     19:57 Bitkoinin qiyməti 1 %-ə yaxın azalıb  |     19:49 ABŞ-da admiral rüşvət ittihamı ilə saxlanılıb  |     19:42 Burak Özçivit Bakıya gəldi  |     19:34 Qəbələdə 30 yaşlı kişi itkin düşüb  |     19:09 Polşada uzun və gərgin gecə: Hərbi aviasiya səmaya qaldırıldı - Detallar  |     18:38 Emin Ağalarovdan övladlarına bayram təbriki - FOTO  |     18:16 Hövsanda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanılıb  |     18:09 Azərbaycanlılar ən çox hansı qidanı istehlak edirlər? - FOTO  |     17:45 Naxçıvan gömrüyündə 12 minlik dərman əməliyyatı ilə bağlı məhkəmənin vaxtı bəlli oldu  |     17:21 İranda prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI  |     17:04 Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı  |    

Marsa arılar göndəriləcək

NASA mütəxəssisləri Mars planetinə qanadla təchiz olunmuş kəşfiyyatçı robotlar göndərməyi planlaşdırır.

Median.Az “Science Alert”ə istinadən xəbər verir ki, “mars arıları” adlandırılan uçan robotlar qırmızı planetin atmosfer təzyiqi barədə məlumatlar toplayacaq.

Mars arıları eyni zamanda planetdə reqolit (qrunt qalıqları) nümunələrini götürəcək.

Tərtibatçıların dediyinə görə, robotlar qrup şəklində tapşırıqlar yerinə yetirəcək və vaxtaşırı elektrik qidası almaq üçün təhkim olunduqları mars roverinə qayıdacaq.

Hal-hazırda mütəxəssislər layihənin texniki mərhələsini həyata keçirir. Onlar uçan robotların mars atmosferi şəraitində aerodinamikasını öyrənmək üçün, sınaqlarda vakum kamerasından istifadə etməyi planlaşdırır.

Mütəxəssislərin təbirincə, həqiqi arını təqlid edən aparat, kifayət qədər yüksək yükqaldırma qabiliyyətinə malik olacaq. Tərtibatçılar eyni zamanda qanadların özülünə yaylar quraşdırmaqla enerji sərfiyyatını ən aşağı səviyyəyə çatdırmağı planlaşdırır.

Bundan başqa hər hansı robot qəzaya uğrayıb düşsə, digər “arılar” onu qaldırıb bazaya daşıya biləcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 133 04.04.18 20:47