Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında “Rusiya Dəmir Yolları"na dəmir yolunun daşqınlar nəticəsində zədələnmiş hissələrini bərpa etmək tapşırığına görə təşəkkür edib.
Median.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
“Nikol Paşinyan təbrikinə və xoş arzularına görə Rusiya Prezidentinə təşəkkür edib. Habelə mayın 25-26-da baş vermiş daşqın nəticəsində Lori vilayətində dəmir yolunun dağılmış hissələrinin tezliklə bərpası barədə “Rusiya Dəmir Yollarına” verilən göstərişə görə minnətdarlığını bildirib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana ad günü münasibətilə təbrik ünvanlayıb.